1 C
Baku
Saturday, December 14, 2024

“Azərişıq” Dispetçer Mərkəzi üçün 3,58 mln. manatlıq avadanlıq alır

“Azərişıq” elektrik paylayıcı şirkəti Dispetçer və İnformasiya İdarəetmə Mərkəzi (SCADA) üçün server və avadanlıq təchizatçısı kimi xüsusi “Evrodizayn” QSC-ni seçib.

Bu ilin may ayında elan edilən tenderin nəticələrinə görə, tərəflər arasında 3 milyon 578,3 min manat və ya 2 milyon 110 min ABŞ dolları məbləğində müqavilə imzalanıb.

Turan agentliyi bildirib ki, SCADA sistemi 2011-ci ilin yanvar ayında istifadəyə verilib. O vaxt onun tikintisi və təchizatına nə qədər xərclənməsi barədə məlumat verilməyib.

Son xəbərlər
Digər xəbərlər