“Azərişıq” ASC “İntegras” MMC ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Xəzər rayonu, Zirə qəsəbəsinin şimal-qərb hissəsində yerləşən Zeytun yağı və süfrəlik zeytun istehsalı zavodunun elektrik enerjisi ilə təchiz olunması işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 616 053 manatdır.
Xatırladaq ki, noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Xəzər rayonunun Zirə qəsəbəsində “Abşeron Zeytun Bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) regionda ən böyük zeytun yağı və süfrəlik zeytun məhsullarının emalı zavodunun açılışında iştirak edib.