“Azərişıq” ASC “Sabah Constraction” MMC ilə 4.5 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə elektrik avadanlıqların məsafədən avtomatik idarə olunması üçün elektromaqnitli aparatların satın alınması nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 4 447 009 manatdır.
Qeyd edək ki, “Sabah Constraction” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 4 manatdır və qanuni təmsilçisi Cəlal Qafarovdur.