“Azərişıq” ASC “Muradlı-M” MMC şirkəti ilə təxminən 2 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Müxtəlif antistatik və digər kimyəvi tərkibli boya məhsullarının satın alınması nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 1 824 410 manatdır.
Bildirək ki, Muradlı-M MMC Muradlı İnşaat mağazaları vasitəsilə müştərilərinə inşaat mallarının topdan satış mərkəzi kimi xidmət göstərmişdir. Bir müddət keçdikdən sonra isə Panda boyaları markası altında istehsalata başlamışdır.
Həmçinin Muradlı-M MMC istehsalatdan savayı GENÇ boya ve verniklərinin və bir çox uzaq şərq və Avropa şirkətlərinin bölgə distributoru kimi fəaliyyət göstərir.