9 C
Baku
Thursday, December 12, 2024

“Azərişıq”ın binasında ağaclara şirkət 3 min manat ziyan vurub

Sabirabad rayonunda ağacların qanunsuz kəsilməsi ilə bağlı ETSN-nin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material əsasında rayon prokurorluğunda araşdırma aparılmışdır.

Banker.az xəbər verir ki, rayonun Qaragüney kəndi ərazisində “Azərişıq” ASC-nin Sabirabad Elektrik Şəbəkəsi üçün yeni inzibati binasının tikintisi zamanı “Admiral-2012” MMC tərəfindən yaşıllıqların götürülməsinə dair ekoloji ekspertiza rəyi olmadan 8 ədəd müxtəlif cinsli ağacların kökboğazından kəsilməsi nəticəsində təbiətə 3 min 380 manat məbləğində ziyan dəymişdir.


Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 259.3 (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Rayon Polis Şöbəsinin İstintaq Bölməsinə tapşırılmışdır.

Son xəbərlər
Digər xəbərlər