10 C
Baku
Friday, December 13, 2024

“Azəristiliktəchizat” ASC-nin strukturu təsdiqlənib

Nazirlər Kabineti“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin (ASC) strukturu”nu təsdiqləyib.

“Azəristiliktəchizat” ASC-nin strukturuna Cəmiyyətin Aparatı, tabeliyində hüquqi şəxs olmayan təşkilatlar, mərkəzləşdirilmiş istehsalat xidmətləri və Cəmiyyətin tabeliyində hüquqi şəxs olan təşkilatlar daxildir.

“Azəristiliktəchizat” ASC-nin tabeliyində hüquqi şəxs olmayan təşkilatlara Bakı şəhəri üzrə 22 istilik sistemləri istismar sahələri, o cümlədən “Rayon istilik qazanxanası 2”, “Rayon istilik qazanxanası 3”, “Yüksəldici nasos stansiyası 2”, “İstilik Elektrik Mərkəzi Xətti” istilik sistemləri istismar sahələri, regionlar üzrə istilik sistemləri istismar sahələri (Ağdaş, Ağcabədi, Ağstafa, Ağsu, Astara, Balakən, Bərdə, Biləsuvar, Beyləqan, Cəlilabad, Daşkəsən, Şabran, Şirvan, Füzuli, Gəncə, Goranboy, Göyçay, Göygöl, Hacıqabul, Xaçmaz, Xırdalan, İmişli, İsmayıllı, Kürdəmir, Qax, Qazax, Qəbələ, Qusar, Quba, Lənkəran, Lerik, Masallı,Mingəçevir, Naftalan, Neftçala, Oğuz, Saatlı, Sumqayıt, Salyan, Siyəzən, Sabirabad,  Şəki, Şamaxı, Şəmkir, Tərtər, Tovuz, Ucar, Zaqatala, Zərdab, Yardımlı və Yevlax istilik sistemləri istismar sahələri) daxil edilib. Mərkəzləşdirilmiş istehsalat xidmətləri Mərkəzi dispetçer xidməti, Nəzarət ölçü cihazları və avtomatika xidməti, İstilik mübadilə aparatları və su hazırlığı xidməti, Baş energetik xidməti, Elektrik təsərrüfatı xidməti, Mexaniki təmir xidməti, Qəza təmir xidməti, Qaz təsərrüfatı xidməti, Nəqliyyat və mexanizasiya xidməti, Mexaniki təmir sahəsi və Çağrı mərkəzindən ibarətdir. “Azəristiliktəchizat” ASC-nin tabeliyində hüquqi şəxs olan təşkilatlar  “İstilik Sistemləri və Qurğuları Layihə Smeta Elmi Tədqiqat Mərkəzi” və “İxtisasartırma və kadrların yenidən hazırlanması Tədris Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətləridir.

Son xəbərlər
Digər xəbərlər