“Azəristiliktəchizat” ASC-nin nizamnamə kapitalı kəskin artırılaraq 27 337 manatdan 13 668 498 manata çatdırılıb.
Bu barədə şirkətə istinadən xəbər verilir.
Xatırladaq ki, “Azəristiliktəchizat” ölkə prezidentinin “İstilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 8 iyun 2005-ci il tarixli sərəncamına əsasən yaradılıb. Şirkət Azərbaycanda yaşayış evlərinin və binalarının, təhsil, səhiyyə müəssisələrinin və digər sosial təyinatlı obyektlərin istilik təchizatını təmin edir.
©Report