9 C
Baku
Thursday, December 12, 2024

“Azəristiliktəchizat” rəsmisi: “Azəriqaz”a olan borc dövlət tərəfindən tənzimlənəcək

Hazırda bütün qazanxanalarımız işə düşüb. Kimdəsə istilik yoxdursa, bu, fərdi mənzillərlə bağlı ola bilər.

Bunu açıqlamasında “Azəristiliktəchizat” ASC-nin abonentlərlə xidmət şöbəsinin müdiri Rafiq Əliyev deyib. 

O qeyd edib ki, “Azəriqaz”a olan borc dövlət tərəfindən tənzimlənəcək:

“Bizim hazırda verdiyimiz istiliyin tarifi maya dəyərindən aşağıdır. Ancaq qiymətlər Tarif Şurası tərəfindən tənzimlənir. 2011-ci ildən evin 1 kv. m görə əhali istehlakçı qrupu üçün tarif 15 qəpikdir. Amma biz qiymət artımı məsələsinə baxmırıq. Ümumi olaraq, bu   məsələ dövlət tərəfindən tənzimlənəcək. Hazırda qiymət artımı məsələsi gündəmdə deyil”.

Qazanxanalarda temperaturun qaldırılması məsələsinə gəlincə isə o bildirib ki, hazırda temperaturun aşağı olması qazanxanaların texniki xarakterindən asılıdır:

“Bu vəziyyət temperaturun birdən-birə artmasına imkan vermir. Tədricən hava şəraiti ilə  bağlı temperatur da qalxacaq”.

©Qafqazinfo

Son xəbərlər
Digər xəbərlər