7 C
Baku
Thursday, December 12, 2024

“Azəristiliktəchizat”a ötən il zərərin örtülməsi üçün 41 mln. manat ayrılıb

Dövlət müəssisələrində satış tariflərinin məhsulun maya dəyərindən aşağı olması nəticəsində göstərilən xidmətlərə görə (istilik təchizatı, lift təsərrüfatı üzrə qiymət tarifləri) yaranmış zərərin örtülməsi üçün 2022-ci ilin dövlət büdcəsindən “Azəristiliktəchizat” ASC-yə 41.1 milyon manat ayrılıb.

Bu barədə “2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”da bildirilir.

Sənədə əsasən, həmçinin liftlərin istismarı, onların təmiri, xidmət edilməsi və maya dəyərindən aşağı olması nəticəsində göstərilən xidmətlərə görə yaranmış zərərin örtülməsi üçün ümumilikdə 5.8 milyon manat subsidiya verilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər