7 C
Baku
Sunday, December 15, 2024

“Azəristiliktəchizat”ın İdarə Heyətinin üzvləri arasında vəzifə bölgüsü aparılmayıb

“Azəristiliktəchizat” ASC-nin cari idarə olunması ilə bağlı məsələlər İdarə Heyəti tərəfindən kollegial qaydada həll edilməyib, İdarə Heyətinin üzvləri arasında vəzifə bölgüsü aparılmayıb.

Bu barədə Hesablama Palatasının rüblük rəsmi məlumat bülletenində qeyd edilib.

Sənəddə vurğulanıb ki, ASC-nin Müşahidə Şurasının tərkibinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi daxil edilməyib.

Bununla yanaşı, struktur bölmələrinin əsasnamələri, həmçinin tabeli hüquqi şəxslərin nizamnamələri, ştat cədvəlləri İdarə Heyəti tərəfindən təsdiq edilməyib, işçilərin əməyinin ödənilməsinin forma və sistemləri İdarə Heyəti tərəfindən müəyyən edilməyib.

Bundan başqa, “Azəristiliktəchizat” ASC-nin mərkəzi idarəetmə aparatının strukturunda eyni funksiyalı xidmət sahələri saxlanılmaqla funksional təkrarçılığa və səmərəsiz xərclərə yol verilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər