“Azəristiliktəchizat”ın zərəri 117 mln. manatı ötüb

“Azərisriliktəchizat” ASC-nin aktivləri 31 dekabr 2016-cı il tarixinə 191 mln. 137,963 min manat təşkil edib ki, bu da 2015-ci illə müqayisədə 0,3% azalıb.

Dövlət müəssisəsinin audit hesabatına istinadə, aktivlərin 163 mln. 502,519 min manatı uzunmüddətli, 27 mln. 635,444 min manatı isə qısamüddətlidir.

Ötən il ərzində ASC-nin öhdəlikləri 20% artaraq 87 mln. 806,181 min manat təşkil edib. Dövlət şirkətinin qısamüddətli kreditor borcları 86 mln. 430,086 min manat olub ki, bu da illik müqayisədə 20,98% artım deməkdir. “Azəristiliktəchizat” 1 mln. 376,095 min manat gə ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,65% çox vergi və sair məcburi ödəniş etməlidir.

“Azəristiliktəchizat”ın nizamnamə kapitalı dəyişməyərək 19,266 mln. manat qalıb. ASC 201 mln. 348,848 min manat məbləğində kapital ehtiyatı yaradıb.

2016-cı ilin sonuna şirkətin ödənilməmiş zərəri 117 mln. 283,066 min manata çatıb. Qeyd edək ki, ötən il bu rəqəm 96 mln. 466,926 min manat olub.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər