14 C
Baku
Thursday, April 25, 2024

“Azərkontrakt” 3 bankdan 100 milyon manata yaxın borc alıb

“Azərkontrakt” ASC ötən il 3 bankdan 93 milyon 684 min manat kredit cəlb edib.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

“Azərbaycan Beynəlxalq Bankı” ASC-dən 40 milyon 881 min manat, “Kapital Bank” ASC-dən 40 milyon 881 min manat, “Azər-Türk Bank” ASC-dən isə 11 milyon 924 min manat alınıb.

Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası  “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının daxilində təbii qaz təchizatının təşkil edilməsi haqqında” 2020-ci il 28 dekabr tarixli  513 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasında daxili bazarda təbii qazın 2021-ci il 1 yanvar tarixindən etibarən qaz istehsalçılarından satın alınmasını, onun nəqlini, ölkədaxili paylayıcılara və istehlakçılara satışını həyata keçirir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər