“Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxs “Losberger De Boer” GMBH ilə 6.2 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Beynəlxalq Astronavtika Konqresinin təşkil edilməsi məqsədilə sərgi pavilyonu konstruksiyalarının satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 6 178 776 manatdır.
Qeyd edək ki, Qafqaz regionundakı ilk peyk operatorudur. Azerspace-1 telekommunikasiya peyki sayəsində Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Orta Asiya müştərilərinə genişzolaqlı və yayım xidmətləri göstərir.