22 C
Baku
Tuesday, April 23, 2024

“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir açıqlandı

“İxrac İcmalı”nda həm də xidmət ixracına yer ayrılıb.

Məlumat verilib ki, 2020-ci ilin yanvar-aprel aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 26 ölkəsinə 16,6 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90 faizini təşkil edib.

“Azərkosmos” ASC-nin 2020-cu ilin yanvar-aprel aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Malayziya Birləşmiş Krallıq, Fransa və BƏƏ-dir.

Qeyd edək ki, 2019-cu ilin yanvar-aprel aylarında “Azərkosmos” ASC tərəfindən 13,7 milyon ABŞ dolları dəyərində xidmət ixrac edilmişdi.

11

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər