9 C
Baku
Thursday, December 12, 2024

AzərKredit universitet tələbələrinə təcrübə keçmə imkanı təklif edir

AzərKredit universitet tələbələrinə təşkilatın Hüquq departamenti, İnsan resursları departamenti və
İnzibati şöbədə
təcrübə keçmə imkanı təklif edir.

Hüquq departamentidə təcrübə keçmə imkanı AzərKreditin aşağıda göstərilən filiallarında mövcuddur:

Bakı, Biləsuvar, Gəncə, Şəmkir

Bakı, Şabran, Sumqayıt, Biləsu

Tələblər:

  • Universiteti yeni bitirmiş məzunlar və ya 3-cü / 4-cü kurs tələbələri;
  • Azərbaycan dilini (həm yazılı, həm də şifahi) yüksək səviyyədə bilməlidir;
  • Word, Excel proqramları və məlumat bazalarında işləməyi bacarmalıdır;
  • İşgüzar və praktiklik kimi qabiliyyətlərə malik;
  • Müraciət etdiyi departamentin işini və işi ilə bağlı mövzuları anlamalıdır;
  • Ona həvalə edilən tapşırıqları icra etməli və təşəbbüskar olmalıdır;
  • Yüksək səviyyəli ünsiyyət bacarıqları olmalıdır;
  • Komandada işləmək və həmkarları ilə mehriban münasibətlər qurmağı bacarmalıdır.

Təcrübəçilər aşağıda təsvir olunmuş məsələlərlə məşğul olacaq:

  • Bank işinə dair hesabatların, standart rəsmi sənədlərin, poçt göndərişlərinin, maliyyə məlumatlarının işlənməsi, hazırlanması;
  • Bank hüququ və Bank maliyyəsi məsələri ilə yaxından işləmək və öyrənmək;
  • Müştəri bazası ilə işləmək qabiliyyətinin artırılması və s.

Təcrübə keçmə proqramı üç ay müddətinə davam edəcəkdir.

Təcrübə qrafiki sərbəstdir (həftə ərzində 10 saatdan az olmayaraq)

Nəzərinizə çatdırırıq ki, təcrübə keçmə ödənişsizdir.


Daha çox vakansiyalar üçün Peşəkar İnkişaf səhifəsini Facebookdan izlə!

Namizədlər AzərKredit anket formasını dolduraraq bu email ünvanına: [email protected] (xahiş edirik, email məktubunun Mövzu sətrində Hüquq departamentinə Təcrübəçisözünü qeyd edin), və ya Faks nömrəsinə: +99412 597 30 39 göndərməli və ya çap variantını 30 sentyabr 2017-ci il tarixinədək müvafiq AzərKredit filiallarına təqdim etməlidir.

AzərKredit anket formasını http://azercredit.az/en/career/how_to_apply internet səhifəsindən yükləmək və ya AzərKredit təşkilatının baş ofisi yaxud filiallarına müraciət edərək əldə etmək olar.

Xahiş edirik anket formasında müraciət etdiyiniz filialı dəqiq qeyd edəsiniz.Əks təqdirdə, sizin namizədliyiniz qəbul edilməyəcəkdir.   Nəzərə alın ki, yalnız seçilmiş namizədlər qəbul prosesinin növbəti mərhələlərinə dəvət olunacaqdır.


AzərKredit universitet tələbələrinə təşkilatın aşağıdakı departamentlərində Baş Ofisində təcrübə keçmə imkanı təklif edir:

  • İnsan resursları departamenti
  • İnzibati şöbə

Təcrübə keçmə proqramı bir aydan üç aya gədər müddətinə davam edəcəkdir. Nəzərinizə çatdırırıq ki, təcrübə keçmə ödənişsizdir

Tələblər:

  • Universiteti yeni bitirmiş məzunlar və ya 3-cü və ya 4-cü kurs tələbələri;
  • Azərbaycan dilini (həm yazılı, həm də şifahi) yüksək səviyyədə bilməlidir;
  • İngilis dilinin bilməsi arzuolunandır;
  • Word, Excel proqramları və məlumat bazalarında işləməyi bacarmalıdır;
  • Müraciət etdiyi departamentin işini və işi ilə bağlı mövzuları anlamalıdır;
  • Ona həvalə edilən tapşırıqları icra etməli və təşəbbüskar olmalıdır;
  • Yüksək səviyyəli ünsiyyət bacarıqları olmalıdır;
  • Komandada işləmək və həmkarları ilə mehriban münasibətlər qurmağı bacarmalıdır.

Namizədlər AzərKredit anket formasını dolduraraq bu email ünvanına: [email protected] (xahiş edirik, email məktubunun Mövzu sətrində İnsan resursları departamenti və İnzibati şöbəyə təcrübəçisözünü qeyd edin), və ya Faks nömrəsinə: +99412 597 30 39 göndərməli və ya çap variantını 30 sentyabr 2017-ci il tarixədək AzərKredit filiallarına təqdim etməlidir.

AzərKredit anket formasını http://azercredit.az/en/career/how_to_apply internet səhifəsindən yükləmək və ya AzərKredit təşkilatının baş ofisi yaxud filiallarına müraciət edərək əldə etmək olar.

Xahiş edirik müraciət etdiyiniz department və ya filialı dəqiq qeyd edin. Əks təqdirdə, sizin namizədliyiniz qəbul edilməyəcəkdir.

Nəzərə alın ki, yalnız seçilmiş namizədlər qəbul prosesinin növbəti mərhələlərinə dəvət olunacaqdır.

Son xəbərlər
Digər xəbərlər