9 C
Baku
Friday, December 13, 2024

“Azərloteraya” büdcəyə dividend ödənişini 71% kəsirlə yerinə yetirib

“Azərloteraya” ASC üzrə 2019-cu ilin dövlət büdcəsinə dividend ödənişi 1,7 milyon manat proqnoza qarşı icra 500 min manat və ya  70,6  faiz kəsirlə yerinə yetirilib.

Bu barədə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası barədə hesabatda bildirilir.

Hesabatda qeyd edilib ki, azalmanın əsas  səbəbi  Azərbaycan  Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 446 nömrəli Fərmanı ilə Cəmiyyətin sərəncamında qalan xalis mənfəətinin 50 faizinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin büdcədəndənkənar gəlirlərinə aid edilməsi olmuşdur.

Son xəbərlər
Digər xəbərlər