20 C
Baku
Sunday, May 5, 2024

“Azərlotereya” 2022-ci ildə 41 mln. manat üzərində xalis mənfəət əldə edib

Azərbaycanda dövlət mülkiyətində qanuni lotereya və idman mərc oyunları operatoru  “Azərlotereya” ASC 2022-ci il üzrə 41.1 mln. manat xalis mənfəət əldə etdiyini açıqlayıb. 2021-ci ildə onun xalis mənfəəti 7.58 mln. manat idi.

Banker.az bunu dövlət şirkətinin ilik hesabatına istinad edir.

Hesabat dövründə “Azərlotereya” 258.16 mln. manat həcmində gəlir əldə etməklə 2021-ci ilin nəticəsini 6 dəfəyə yaxın üstələyib. Bu gəlirlərə qarşı satışın maya dəyəri 136 mln. manat (2021: 23.1 mln. manat) və 54.35 mln. manatlıq sadələşdirilmiş vergi ödəyib. Bu da onun 67.81 mln. manata yaxın ümumi mənfəətinə gətirib çıxarıb.

Dövlət şirkəti 11.87 mln. manat (2021: 0.88 mln. manat) reklam və marketinqə, 15.44 mln. manat inzibati xərclərə (5.94 mln. manat) xərc çəkib. Şirkətin 1.18 mln. manat maliyyə gəliri olduğu halda cəmi 0.4 mln. manat maliyyə xərci çəkib.

Dövlət şirkətinin cari aktivləri 64.18 mln. manat və uzunmüddətli aktivləri 23.51 mln. manat olmaqla cəmi 87.69 mln. manat olub. Ötən il üzrə xalis mənfəətdən sonra bölüşdürülməmiş mənfəətindən dividend ayrıldıqdan sonra balansında həcmi 15.65 mln. manat əlavə qalmaqdadır.

Xatırladaq ki, 16 yanvar 2020-ci il tarixində Prezident İlham Əliyev “Azərlotereya” ASC-nin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, “Azərlotereya” ASC Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib.

2 3 1 3

Son xəbərlər
 ⁠
Digər xəbərlər