3 C
Baku
Saturday, December 14, 2024

“Azərlotereya” ASC “Yaşıl Gələcək” layihəsinə qoşuldu

“Azərlotereya” ASC Korporativ Sosial Məsuliyyət fəaliyyətinin əsas istiqamətlərindən olan ekologiya və ətraf mühitin mühafizəsi üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlığı genişləndirir. Şirkət növbəti addım olaraq Nazirliyin “Yaşıl Gələcək” adlı ağacəkmə layihəsinə qoşulub.

Layihənin əsas məqsədi ətraf mühitin və təbii ehtiyatların qorunması naminə ağac əkilən ərazilərdə damcılı suvarma sisteminin quraşdırılmasına və ölkəmizin yaşıllaşdırılmasına töhfə verməkdir. Layihə çərçivəsində ilkin mərhələdə “Azərlotereya” 1 000 ədəd ağacın əkilməsi üçün ianə edib. Şirkət bundan sonra da layihəyə dəstək göstərməyə davam edəcək.

“Yaşıl Gələcək” layihəsi ölkəmizin yaşıllaşdırılmasında könüllü iştirakı nəzərdə tutur. Ağac əkilməsinə dəstək olmaq istəyənlər yasilgelecek.az saytına daxil olaraq ətraflı məlumat əldə edə bilərlər.

Qeyd edək ki, “Azərlotereya” daha öncə Nazirliyin təşkilatçılığı ilə həyata keçirilən  genişmiqyaslı ağacəkmə aksiyasına da qoşulub. Şirkət əməkdaşlarının iştirakı ilə Bakının Müşfiqabad qəsəbəsində 4 hektar ərazidə Abşeron yarımadasının iqliminə uyğun 3 000 ədəd zeytun, Eldar şamı, oleandr, Şərq çinarı ağacları əkilib.

Aksiyaların məqsədi ağac əkilməsini təşviq edərək təbiətin mühafizəsinə, eləcə də, sağlam ekoloji mühitin yaradılmasına töhfə vermək, gələcək nəslə yaşıl miras qoymaqla ətraf mühitin mühafizəsini xüsusilə gənc nəslin diqqətinə çatdırmaqdır.®

 

Son xəbərlər
Digər xəbərlər