6 C
Baku
Sunday, December 15, 2024

“Azərlotereya” növbəti dəfə “Bakı Marafonu”nda tərəfdaş oldu

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində növbəti ölkə əhəmiyyətli tədbirə dəstək olub. Belə ki, “Azərlotereya” bu il də  “Bakı Marafonu – 2023”-ün tərəfdaşı kimi iştirak edib.

Məqsəd sağlam və aktiv həyat tərzini təbliğ etmək, idmanın inkişafı yönündə dövlətin prioritet siyasətinə töhfə vermək, bu istiqamətdə həyata keçirilən layihələrin icrasına dəstək göstərməkdir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 7-də təşkil olunan “Bakı Marafonu – 2023”də 20 minə yaxın iştirakçı qeydiyyatdan keçib.

Yarışın əyləncə zonasında qonaqlar “Azərlotereya” stendinə yaxınlaşaraq təşkil olunan müxtəlif oyunlarda iştirak edərək maraqlı anlar yaşayıblar.

“Küləyə qalib gəl” şüarı altında altıncı dəfə keçirilən Bakı Marafonunun bu il start nöqtəsi ilə yanaşı finişi də Dövlət Bayrağı Meydanında olub və 21 kilometrlik məsafəni əhatə edib.

Qeyd edək ki, Bakı Marafonunda Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb çalışan əcnəbilər, bir sıra digər ölkələrdən iştirakçılar, tələbələr, eləcə də daun sindromlu və fiziki məhdudiyyətlı şəxslər iştirak ediblər.

DSC 3918 scaled DSC 3965 scaled DSC 4030 scaled DSC 4093 scaled DSC 4124 scaled DSC 4136 scaled DSC 4160 scaled DSC 4176 scaled DSC 4208 scaled DSC 4217 scaled DSC 4266 scaled DSC 4272 scaled DSC 4320 scaled DSC 4334 scaled DSC 4343 scaled DSC 4353 scaled DSC 4374 scaled DSC 4407 scaled DSC 4421 1 scaled

Son xəbərlər
Digər xəbərlər