6 C
Baku
Sunday, December 15, 2024

“Azərlotereya” səhmdarına mənfəətindən ₼35 mln. dividend ayırıb

Azərbaycanda dövlət mülkiyətində qanuni lotereya və idman mərc oyunları operatoru  “Azərlotereya” ASC 2022-ci il üzrə bölüşdürülməmiş mənfəətindən sahibinə ümumilikdə 34.98 mln. manat dividend ayırıb.

Banker.az bunu dövlət şirkətinin ilik hesabatına istinad edir.

Hesabatında qeyd edilir ki, 2022-ci ildə onun 41.1 mln. manat xalis mənfəəti olub. Şirkət sahibinə 30.19 mln. manat dividend ödəyib, 4.78 mln. manat isə dividend elan edib.

Dövlət şirkətinin nizamnamə kapitalı 200 min manat olmaqla yanaşı balansında 15.65 mln. manatlıq illərin yığılmış mənfəəti var.

Qeyd edək ki, 2021-ci ildə 5.16 mln. manat dividend ödəmişdi.

Xatırladaq ki, 16 yanvar 2020-ci il tarixində Prezident İlham Əliyev “Azərlotereya” ASC-nin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, “Azərlotereya” ASC Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib.

 

Son xəbərlər
Digər xəbərlər