Banker.az bunu dövlətə məxsus mərc şirkətinin hesabatına verilən audit rəyinə istinadən xəbər verir. Hesabatı KPMG audit şirkəti aparıb.
Rəydə qeyd edilir ki, “Azərlotereya”nın satışdan gəlirləri öncəki ildən 2.5 dəfə çox olmaqla 43.97 mln. manat olub. Satışdan gəlirlərinin artması ilə paralel olaraq onun maya dəyəri də artıb, amma gəlirlər qədər yox -2.3 dəfə. Beləliklə, datışların maya dəyəri hesabat ilində 23.1 mln. manat olduğundan onun ümumi mənfəəti 20.87 mln. manat təşkil edib.
Dövlət şirkətinin 883 min manatlıq reklam xərci, 5.95 mln. manatlıq inzibati və ümumi xərc, 1.81 mln. manatlıq isə “sair” kimi təsbit edilən xərci olub.
Şirkət 505 min maliyyə gəliri olduğu halda, 48 min manatlıq həmin qəbildən xərci olub.
İl üzrə 7.58 mln. manatlıq xalis mənfəət onun balansındakı bölüşdürülməmiş mənfəəti 9.73 mln. manata yüksəlib.
Hesabatda qeyd edilir ki, səhmdarlarına 3.1 mln. manatlıq dividend ödəyib.
Şirkətin aktivlərinin həcmi 31.87 milyon manat, öhdəlikləri isə 21.67 mln. manat olub.
Xatırlatma!
Azərbaycan Prezidentinin 16 yanvar 2021-ci il tarixli sərəncamı ilə “Azərlotereya” ASC Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib.