17 C
Baku
Friday, April 19, 2024

“Azərmaş” ziyana görə “Bakı Sığorta”nın səhmdarını məhkəməyə verib

“Azərmaş” MMC “Ekolizinq” MMC və “MB Logistika” MMC-ni məhkəməyə verib.

Banker.az xəbər verir ki, “Azərmaş” MMC mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr – Maddi ziyanın ödənilməsi barədə tələb irəli sürüb.

Digər cavabdeh isə Babayev Rövşən Niyaz oğludur. İddia hakim Zaur Pirverdiyevin sədrliyi ilə araşdırılacaq. İşə Bakı Kommersiya Məhkəməsində baxılır.

Qeyd edək ki, “Azərmaş” 6 avqust 2016-ci il tarixində Azərbaycanda yaradılmış avtomobil istehsalının təşkili üzrə müəssisədir.

Xatırladaq ki, “Ekolizinq” 2014-cü ildə 10 min manat nizamnamə kapitalı ilə fəaliyyətə başlayıb. Şirkət “Bakı Sığorta” ASC-nin səhmdarlarından biridir.

Son xəbərlər
Digər xəbərlər