“Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən elan edilmiş “Posterminalların satınalınması” prosedurunun qalibi “NBA Technologies İnternational” MMC müəyyən edilib.
Banker.az xəbər verir ki, “Azərpoçt” qalib şirkətlə satın alınma müqaviləsi bağlayıb. Müqavilədə 200 ədəd Posterminal Verifone vx990 alınması nəzərdə tutulub.
“Azərpoçt” 200 ədəd posterminalın alınmasın 172 min 280 manat xərcləyəcək.
Bildirək ki, “NBA Technologies International” şirkəti 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Anar Şıxəliyevdir.
Onu da qeyd edək ki, “NBA Technologies International” MMC şirkəti 2006-ci ildən etibarən MDB ölkələrində POS terminalların aparıcı istehsalçısı olan Verifone (ABŞ) şirkətinin və ATM istehsalçısı NCR (ABŞ) şirkətinin distribyutoru olaraq yeni texnologiyaların satışı və tətbiqi sahəsində geniş təcrübəyə malikdir.