10 C
Baku
Thursday, December 12, 2024

“Azərpoçt” 82 min ödəniş kartı emissiya edib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “Azərpoçt” MMC tərəfindən 2018-ci il ərzində 82 min ödəniş kartı emissiya edilib.

Bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

2017-ci ilə nisbətdə poçt operatoruna məxsus olan aktiv ödəniş kartlarının ümumi sayı təqribən 2,3 dəfə artaraq 146 minə çatdırılıb. 2018-ci il ərzində poçt və maliyyə xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması üzrə işlər davam etdirilib, nağdsız əməliyyatların həcminin artırılması və bank infrastrukturunun genişləndirilməsi məqsədilə 31 bankomat, 79-u nağdlaşdırma, 97-si qeyri-nağd ödənişlərin qəbulu üçün nəzərdə tutulmuş mobil POS-terminal müştərilərin istifadəsinə verilib.

Mənbəona
Son xəbərlər
Digər xəbərlər