15 C
Baku
Friday, March 29, 2024

“Azərpoçt” dollar kreditləri üzrə 63 mln. manat kompensasiya ödəyib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC bu günə qədər bank olmayan kredit təşkilatlarının və ləğv prosesində olan bankların vaxtilə ABŞ dolları ilə kredit götürmüş müştərilərinə 62 940 280 manat kompensasiya ödəyib.

Banker.az quruma istinadən xəbər verir ki, bunun 15 056 243 manatı nağd şəkildə, 47 884 37 manatı isə plastik kartla ödənilib.

Ödənişlər ötən ayın sonuna qədər poçt şöbələrində həyata keçirilib. Bu aydan isə kompensasiyalar Bakı Beynəlxalq Avtovağzal Kompleksində yerləşən Şəbəkə Xidmət Mərkəzində ödənilir.

“Azərpoçt”ın icra etdiyi əməliyyatlar 121 minə yaxın vətəndaşa şamil olunur.

Son xəbərlər
Digər xəbərlər