Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC kuryer xidməti üzrə mobil tətbiqini istifadəyə verib.
Banker.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, mobil tətbiqin yaradlmasnın məqsədi vətəndaşların şəxsi və biznes məqsədli göndərişlərini daha rahat şəkildə göndərməklərini təmin etməkdir.
Tətbiq “Android” və “iOS” sistemli mobil cihazlar üçün nəzərdə tutulub.
Çatdırılmada kuryer xidməti ilkin mərhələdə yalnız Bakı şəhərində göstərilir, gələcəkdə isə onun bütün ölkəni əhatə etməsi planlaşdırılır.