9 C
Baku
Thursday, December 12, 2024

“Azərşəkər”in İdarə Heyətinə təyinat olub

“Azərşəkər” Məhdud Məsuliyyətli Cəmiyyətinin İdarə Heyətinə üzv seçilib.

Banker.az xəbər verir ki, bu, Nəsib İslamzadədir.

N.İslamzadə Baş Kommersiya İnzibatçısı vəzifəsiylə paralel, baş maliyyə inzibatçısı vəzifəsini həyata keçirəcək.

O, 2021-ci ilin dekabrından “Agrotrade Supply” MMC-nin İdarə Heyətinin üzvü idi.

Bundan əlavə, 2012-2015-ci illərdə “KPMG” audit şirkətində, 2015-ci ildə “Garant Holding” MMC-də maliyyə meneceri, 2015-2018-ci illərdə “AzGroup Holding”də maliyyə direktoru, 2020-2021-ci illərdə “PMD Hospitality” MMC və “Agro Food Investments” MMC-nin Audit Komitəsinin üzvü, 2021-2023-cü illərdə “PMD Group” MMC-nin Audit Komitəsinin sədri vəzifələrində çalışıb.

Ali təhsilinin bakalavr dərəcəsini iqtisadiyyat üzrə Azərbaycan Dövlət İqtisad Universitetində, magistr dərəcəsini isə İngiltərənin Esseks Universitetində əldə edib.

Xatırladaq ki, “Azərşəkər” 2017-ci ildə yaradılıb. Şirkət şəkər çuğunduru, eləcə də buğda, arpa, qarğıdalı və soya istehsalı ilə məşğuldur. Ağcabədi, Bakı, Füzuli, Yevlax və Şəmkirdə əkin sahələrinə sahibdir.

Son xəbərlər
Digər xəbərlər