8 C
Baku
Thursday, December 12, 2024

Azərsığorta: “Fəaliyyətimizi bu gün tam bərpa edəcəyik”

Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”) Maliyyə Bazarlarına Nəzarət Palatasının onun fəaliyyətini məhdudlaşdırmasına münasibət bildirib.

Bu barədə Report Agtentliyinə  şirkətin sədr müavini Aftandil Hacıyev açıqlama verib.

“Palatanın dediyi nöqsanlar artıq aradan qaldırılıb. Sadəcə, şirkətlə əməkdaşlıq edən sığorta agentlərinin imza hüququ məsələsi açıq qalıb. İcbari Sığorta Bürosuna (İSB) lazımi məlumatları təqdim etmişik və fəaliyyətimizi bu gün tam bərpa edəcəyik”, – deyə o qeyd edib. 

Son xəbərlər
Digər xəbərlər