9 C
Baku
Thursday, December 12, 2024

“Azərsığorta” Naxçıvan Dövlət Sığorta Xidmətini yenidən tərkibinə qatdı

®Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 17 iyul 2023-cü il tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Baş Agentliyinin əsasında “Naxçıvan regional mərkəz” filialı yaradılmışdır və beləliklə Naxçıvan Dövlət Sığorta Xidməti yenidən “Azərsığorta”nın tərkibinə qatılmışdır. Yeni regional mərkəz vətəndaşlara müxtəlif növ sığorta məhsul və xidmətlərini təklif edəcəkdir. 

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 1994-cü tarixli 23 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti haqqında” Əsasnamənin 1-ci hissəsinə müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Baş Agentliyi Şirkətin tərkibində fəaliyyət göstərirdi.

Yeni regional mərkəzin ünvanı: Naxçıvan şəhəri, C. Məmmədquluzadə küçəsi 17

Əlaqə nömrəsi: 

 *1200 (Baş ofis)

550 55 66 (Naxçıvandaxili nömrə)

+99460 200 42 12 (Bakıdan çıxış nömrəsi)

azersigorta.az

 

Son xəbərlər
Digər xəbərlər