“Azərsığorta” şirkətinin rəhbərliyinə daha bir təyinat olub.
“Azərsığorta”nın İdarə Heyəti sədrinin müşaviri Ayaz İsmayıl oğlu Əliyev sığorta şirkətindən ayrılıb. Onun əvəzinə isə İH-nin hazırki sədri Fərhad Adıgözəlov Lalə Elman qızı Abdullayevanı özünə yeni müşavir təyin edib.
Qeyd edək ki, Lalə Abdullayeva 2004-2007-ci illərdə “Atasığorta” şirkətinin İnsan resursları departamentinin rəhbəri, 2007-2012 ci illərdə “Bakı Sığorta” şirkətində baş icraçı direktor, sədr müavini, 2014-2019-cu illərdə “Atəşgah Sığorta” şirkətinin idarə heyətinin üzvü olub. Lalə Abdullayeva 2022-ci ilə kimi “Sphera Healthcare AZ” şirkətinin icraçı direktoru vəzifəsində çalışıb.