5 C
Baku
Saturday, December 14, 2024

Ayaz Əliyev

Qisa informasiya

Ayaz Elman oğlu Əliyev – İqtisadiyyat nazirliyinin aparat rəhbəri

1974-cü ildə Mingəçevir şəhərində anadan olub. Mingəçevir Politexnik İnstitutunun İqtisadiyyat və idarəetmə, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

1996-2001-ci illərdə Mingəçevir Politexnik İnstitutunda müəllim vəzifəsində işləyib.

2001-2003-cü illərdə Vergilər Nazirliyinin Bakı şəhəri Baş Vergilər İdarəsinin Vergi ödəyicilərinin auditinin təşkili şöbəsinin və Vergilər Nazirliyinin Daxili nəzarət Baş İdarəsinin Struktur bölmələrinin fəaliyyətinə nəzarət şöbəsinin dövlət vergi müfəttişi vəzifələrində işləyib.

2003-2008-ci illərdə Vergilər Nazirliyinin Daxili nəzarət baş idarəsinin Şəxsi heyətlə iş üzrə şöbəsinin, Daxili təhlükəsizlik baş idarəsinin Daxili audit şöbəsinin və Daxili audit baş idarəsinin Struktur bölmələrinin auditi şöbəsinin rəisi vəzifələrində işləmişdir. Kiçik vergi xidməti müşaviri xüsusi rütbəsi vardır.

2008-2014-cü illərdə İqtisadiyyat və Sənaye Nazirliyinin Aparatında şöbə müdiri vəzifəsində işləyib.

2014-cü ildən Nazirliyin Aparat rəhbərinin müavini, 2017-ci ildən Aparat rəhbəridir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2012-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə medalı” ilə təltif olunub. Dövlət qulluğunun baş müşaviri ixtisas dərəcəsi vardır.

2019-cu ildə “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Ailəlidir, 3 övladı var.

Aid xəbərlər və məqalələr

Əsas xəbərlər