22 C
Baku
Friday, April 26, 2024

“Azərsığorta”nın yeni sədri təyin edildi – SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinə sədr təyin edilməsibarədə 7 dekabr tarixində sərəncam imzalayıb.

Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin sədri təyin edilsin“- deyə, sərəncamda qeyd edilir.

Qeyd edilir ki, bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Adıgözəlov Fərhad Əsgər oğlu 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetində maliyyə və kredit istiqaməti üzrə bakalavr dərəcəsi, 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə ikinci ali təhsil almış və 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İstehsal və Xidmət Sahələrinin İqtisadiyyatı və İdarə edilməsi ixtisaslaşması üzrə magistr dərəcəsini fərqlənmə ilə bitirmişdir.

Əmək fəaliyyətinə 2000-ci ildə Dövlət Sığorta Şirkətində başlamış, 2003-2005-ci illərdə Azərbaycan Beynəlxalq Bankında mütəxəssis, 2005-2009-cu illərdə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis köməkçisi, 2009-2013-cü illərdə Kapital Bank ASC-də departament direktoru, 2013-2014-cü illərdə Azərbaycan Respublikası maliyyə nazirinin köməkçisi, 2015-2017-ci illərdə Azər-Türk Bank ASC-nin İdarə Heyətinin sədri vəzifələrində çalışmışdır. 2020-ci ilin sentyabr ayından Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədr müavini təyin edilmişdir.

20210521123801photogBlBp9

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər