9 C
Baku
Friday, December 13, 2024

“Azərsu”dan 38 milyon manatlıq müqavilə

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti iki şirkətlə 38 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, bu şirkətlər “Tunel Tikinti Servis” MMC və “Protean Construction” ASC-dir.

Müqavilələrdə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 1752 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 02 iyul tarixli 2138 nömrəli Sərəncamının icrası məqsədilə “Pirşağı Tullantı Sutəmizləyici Qurğusunun gətirici kanalizasiya kollektorlarının tikintisi (Pirşağı-Kürdəxanı-Zabrat kollektoru)” işlərinin və Ceyranbatan gölünün şimal şərq hissəsində (Saray qəsəbəsi istiqamətində) yağış və tullantı sularının idarə olunması sisteminin yaradılması (I mərhələ)”satın alınması nəzərdə tutulur.

2 şirkətlə bağlanmış müqavilənin məbləği isə müvafiq olaraq 34 444 542 manat və 3 891 680 manatdır.

Son xəbərlər
Digər xəbərlər