“Azərsun”a məxsus yüklərin Gürcüstan limanlarından çatdırılmasında gecikmələr yaranıb.
Aİ-Gürcüstan Biznes Şurasının baş katibi Zviad Çumburidze bildirib ki, “Azərsun Georgia” yaranan problemlə bağlı onlara müraciət edib: “Məsələ Gürcüstanın iqtisadiyyat naziri Levan Davitaşvili ilə müzakirə edilib. Hazırda problemin həlli yolları ilə bağlı proses davam edir”.
Qeyd edək ki, bundan əvvəl “Azərsun Holdinq”in idarə heyətinin üzvü Savaş Uzan bildirmişdi ki, Gürcüstan limanlarında Rusiya-Ukrayna müharibəsi səbəbilə sıxlıq yaranıb və bir aydan çoxdur ki, Azərbaycan, Özbəkistan və Qazaxıstan gəmiləri limanda növbə gözləyir.