17 C
Baku
Saturday, May 18, 2024

“Azərsun Sənaye Parkı”na dəyən ziyanın qiymətləndirilməsi yekunlaşmaq üzrədir

“Azərsun Sənaye Parkı”nda bu ilin aprel ayında baş vermiş yanğınla bağlı zərərin qiymətləndirilməsi yekunlaşmaq üzrədir.

Bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev deyib.

O bildirib ki, baş vermiş yanğın sığorta hadisəsi kimi sığortaçı tərəfindən qəbul olunub: “Zərər məbləğinin dəqiqləşdirilməsi ilə bağlı qiymətləndirmə həyata keçirilir. Zərər məbləğinin bir hissəsi yerli sığorta şirkəti, qalan hissəsi isə xarici təkrarsığorta şirkəti tərəfindən qarşılanacaq”.

Z.Əliyev həmçinin əlavə edib ki, Mərkəzi Banka bu sığorta hadisəsi ilə bağlı, yəni ödənişin verilməməsi, gecikdirilməsi və ya zərərin az qiymətləndirilməsi ilə bağlı hər hansı müraciət və ya şikayət sığortalı tərəfindən daxil olmayıb.

Qeyd edək ki, yanğın nəticəsində “Azərsun Sənaye Parkı”nda “Sun Food” MMC-yə aid olan anbarlara qeyri-rəsmi olaraq 30 milyon manat civarında zərərin dəydiyi bildirilmişdi. Bu isə Azərbaycanın müstəqillik dövründə zərərin həcminə görə, ən böyük sığorta hadisəsi hesab edilir. Xatırladaq ki, “Sun Food” MMC-nin yerli sığortaçısı “Azərbaycan Sənaye Sığorta”, ötürülmüş risklər üzrə təkrarsığortaçısı isə Almaniyanın “Hellman&Friedman” şirkətidir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər