10 C
Baku
Thursday, December 12, 2024

“Azərsun”un mağazalar şəbəkəsi 3 dəfə böyüdülür

“Azərsun Holdinq”in pərakəndə ticarətlə məşğul olan mağazalar şəbəkəsi “Al Market” MMC-nin nizamnamə kapitalı artırılmaqla 42 milyon manatı ötüb.

Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı  10 928 622 manatdan 42 278 622 manata qaldırılıb. Bu da son olaraq  31 350 000 manat və ya 287% artımdır.

Əsasən diskountla 800 mağazanı özündə birləşdirlən şəbəkəyə sonuncu dəfə 2021-ci ildə “maya” qoyulmuşdu. Belə ki, həmin dövrdə də nizamnamə kapitalı 7 744 000 manat, yaxud 3 dəfə artırılmışdı.

Qeyd edək ki, “Al Market” MMC 2018-ci ildə təsis edilib. Holdinq bazarda digər mağazalar şəbəkəsi isə “Bazar Store”dir.

Son xəbərlər
Digər xəbərlər