19 C
Baku
Sunday, May 19, 2024

“AzərTürk Bank”ın maliyyə durumu bəlli oldu

“AzərTürk Bank” ASC -nin cəmi aktivləri 2018-ci il ərzində 10%-ə yaxın artımla 368,31 mln. manat olub.

Banker.az xəbər verir ki, bu barədə Bankın 2018-ci il üzrə yekun maliyyə hesabatında deyilir.

Bununla da dövlət bankı iki ildir azalmalardan sonra cəmi aktivlərini yenidən çoxaldaraq 2016-cı ilin son rübündən sonrakı ən yaxşı rəqəmə nail olub. Lakin, cəmi aktivlərindəki artım, 2016-ci ilin IV rübünə olan rəqəmlərə çata bilməyib.

Hazırda cəmi aktivlərin 165,62 mln. manatdan çoxu kredit aktivləridir ki, bu rəqəm ötən il 119,68 mln. manat idi.

Bankın cəmi kapitalı ilin sonuna 314,84 mln. manat təşkil edib ki, bu da il ərzində 12%-lik artımın olmasıdır. Cəmi öhdəliklərin əsas artım səbəbi banklar və maliyyə müəssisələri cəlb etdiyi öhdəliklərin hesabına olub. Qeyd edilən göstəricilər hazırda 111,25 mln. manatdır. Bu göstərici ilin əvvəlində cəmi 60,01 mln. manat idi.

“AzərTürk Bank”ın müştərilərinin hesabları cəmi il ərzində artaraq 200,32 mln. manat olub.

Mənfəət edə bilib

“AzərTürk Bank”ın faiz gəlirləri 2018-ci ilin 4 fəsli ərzində 17,9 mln. manat təşkil edib. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqyisədə bankın 1,5 mln. manata yaxın artım, yəni, 9 faiz artıma nail olması deməkdir.

Bankın faiz xəırcləri 7,60 mln. manat, qeyri-faiz gəlirləri 10,75 mln. manat, qeyri-faiz xərcləri isə 2,37 mln. manat təşkil edib. Bank 1,45 mln cəmi ehtiyyarləra yönəldib və ilin sonuna cəmi 169 055 manat mənfəət edib.

Bununla da bankın bölüşdürülməmiş mənfəəti 3,47 mln. manata çatmaqla cəmi kapital 63,47mln. manat təşkil edir.

Xatırldaq ki, bankın səhmlərinin 75 faizi Əmlak Məsəlləri Dövlət Komitəsi, 12.37%-i T.C. Ziraat Bankasi A.Ş. ,  6.55%-i AzRe Təkrarsığorta ASC, 5.00%-i Qala Həyat Sığorta Şirkəti ASC və  1.08%-i isə “Ziraat Bank International AG”  kimi hüquqi şəxslərə aiddir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər