Azad edilmiş ərazilərdə seçki məntəqələri təşkil ediləcək

Azad edilmiş ərazilərdə seçki məntəqələri təşkil ediləcək.

Bunu bu gün Mərkəzi Seçki Komissiyasının 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərinə həsr olunmuş iclasında MSK sədri Məzahir Pənahov bildirib.

MSK sədri qeyd edib ki, azad edilmiş ərazilərdə seçkilərə xüsusi diqqət yetiriləcək: “Hərbi hissələri nəzərə alsaq, azad edilmiş ərazilərdə 20 min seçici var. Bu insanlar azad edilmiş ərazilərdə ilk dəfə səs verməklə tarixə düşəcəklər”.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər