17 C
Baku
Monday, April 29, 2024

Azad edilmiş kəndlərdə yaşayan əhaliyə pay torpaqları veriləcək

Azad edilmiş ərazilərdə kəndlərin kompaktlaşdırılması nəzərdə tutulub.

Bunu parlamentin Regional məsələlər komitəsinin bu keçirilən iclasında komitənin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, həmin kəndlərdə yaşayan əhaliyə pay torpaqlarının verilməsi də gözlənilir:

“Amma kəndlər kompaktlaşdırılaraq, onlara böyük məktəblər, xəstəxanalar tikilməsi nəzərdə tutulur”.

Komitə sədri diqqətə çatdırıb ki, azad edilən ərazilərdə bərpa quruculuq işləri bu gün də sürətlə davam edir: “2026-cı ilə qədər 150 mindən artıq insan doğma yurduna qayıdacaq”.

Komitə sədri Ağdərə rayonun ləğv edilməsi ilə bağlı tarixə nəzər salıb və qeyd edib ki, Ağdərənin işğaldan azad edilməsi xalq və dövlət olaraq növbəti uğurumuzdur: “Ağdərə rayonunun yenidən yaradılması tarixi ədalətin təntənəsidir”.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər