2 C
Baku
Saturday, December 14, 2024

Azad olunmuş ərazilərin hansı qaydada qazlaşdırılacağı məlum olub

“Qarabağın azad olunmuş əraziləri “yaşıl zona” elan olunub və “yaşıl zona”da biz təbii qazdan məhdud istifadə olunmasını nəzərdə tuturuq. Bununla bağlı Energetika Nazirliyi tərəfindən xüsusi Yaşıl Zona Konsepsiyası hazırlanıb”.

Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

Emin Hüseynov deyib ki, həmin konsepsiya hazırda Nazirlər Kabinetində müzakirə olunmaqdadır. Konsepsiya ilə bağlı xüsusi Tədbirlər Planı və Tədbirlər Planında hər bir qurumun üzərinə düşən müəyyən öhdəliklər var: “Biz Qarabağın işğaldan azad olunmuş ərazilərində bərpa prosesində bunu nəzərə almalıyıq. Onu da qeyd edim ki, magistral qaz xətləri yalnız əsas rayon mərkəzləri və rayon mərkəzləri yaxınlığındakı kəndləri əhatə edəcək. 2030-cu ilə qədər yalnız qazlaşdırılmış ərazilər bərpa prosesi ilə əhatə olunacaq. Ondan sonra qazlaşdırılmamış ərazilərdə də bərpa prosesi başlayacaq. Bir məqamı da qeyd edim. Rayon mərkəzləri magistral qaz xətti ilə təchiz olunsa belə, həmin şəhərlərin daxilində təbii qazın istifadəsi ilə bağlı müəyyən normativlər və standartlar olacaq. Çünki bu, Yaşıl Zona Konsepsiyası ilə uyğunluq təşkil etməlidir. Bütün bunlar şəhərsalma layihələrində və icra prosesində nəzərə alınacaq”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər