17 C
Baku
Friday, May 3, 2024

AZAL bayramla əlaqədar Bakıdan Naxçıvana və əks istiqamətdə aviabiletləri əvvəlcədən almağı tövsiyə edir

®Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviadaşımalara tələbatın gözlənilən artımını nəzərə alaraq AZAL bu şəhərlər arasında səyahət etməyi planlaşdıranlara aviabiletləri öncədən əldə etməyi tövsiyə edir.

Aviadaşımaların pik dövrləri hər zaman sərnişin axınının və uçuşlara tələbatın artması ilə müşayiət olunur. Bununla əlaqədar olaraq aviaşirkət sərnişinlərə ən uyğun uçuş vaxtını seçmək və narahatlıqla qarşılaşmamaq üçün biletləri əvvəlcədən almağı məsləhət görür.

Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından, yenilənmiş mobil tətbiqindən və ya AZAL-ın kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, aviaşirkət www.azal.az saytından aviabiletlərin əldə edilməsi haqqında ətraflı məlumatı özündə əks etdirən video-təlimat hazırlayıb. Video-təlimatla aşağıdakı linkdən tanış ola bilərsiniz: https://youtu.be/9PiPTkNkBSU.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər