15 C
Baku
Friday, April 26, 2024

AZAL-da idarə rəisi və müavinləri işdən çıxarıldı

Prezident İlham Əliyevin bir neçə gün əvvəl keçirdiyi müşavirədə bəzi dövlət şirkətlərinin yarıtmaz fəaliyyətini kəskin tənqid etməsindən sonra həmin qurumlarda təmizləmə əməliyyatına start verilib.

Banker.az olaylar.az-a istinadən xəbər verir ki, təmizləmə əməliyyatının həyata keçirildiyi qurumlardan biri də AZAL-dır.

Mənbənin verdiyi xəbərə görə, şirkətin Təhlükəsizlik İdarəsinin rəhbər heyəti tamamilə işdən azad edilib. İşdən azad edilən şirkət təmsilçiləri sırasında Baş İdarə rəisi Elxan Orucov, onun müavinləri Etibar Cəbrayilov və Əli Qurbanəliyev də var.

Məlumat üçün qeyd edək ki, Elxan Orucov Cahangir Əsgərovun təhlükəsizlik üzrə müşaviri və AZAL Oil-un direktoru Fəxrəddin Qazibəyovun köməkliyi ilə 2013-cü ildə bu vəzifəyə təyin olunub.

Bundan başqa, şirkətin Təhlükəsizlik İdarəsinin şöbə rəisi Mehman Qədiməliyevin də işdən azad edilıməsi ilə bağlı ərizəsi alınıb.

AZAL tərəfindən rəsmi cavab gözləyir. Belə bir cavab olduğu halda məlumata əlavə ediləcəkdir.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər