7 C
Baku
Sunday, December 15, 2024

AZAL: “Güclü qar Bakı-İstanbul-Bakı reyslərinin gecikməsinə səbəb olub”

Güclü qar səbəbindən İstanbul hava limanının bağlanması AZAL-ın Bakı-İstanbul və İstanbul-Bakı (24 və 25 yanvar) reyslərinin gecikməsinə səbəb olub.

Bu barədə AZAL məlumat yayıb.

Sözügedən uçuşlar İstanbul hava limanı ilə razılaşdırılaraq həyata keçiriləcək.

Belə ki, hazırda Bakıdan iki reysin uçuşu gecikir. Bu reyslərin sərnişinlərinin bu gün axşam saatlarında İstanbula daşınması planlaşdırılır. Uçuş, aviaşirkətin ən böyük geniş füzelyajlı təyyarəsi olan “Airbus A340”-da yerinə yetiriləcək.

Həmçinin, bu gün – günün ikinci yarısında və axşam saatlarında – İstanbul hava limanından Bakıya iki reysin yerinə yetirilməsi planlaşdırılır.

Gələn sərnişinlərdən İstanbul hava limanında “Azərbaycan Hava Yolları”nın ofisinə müraciət etmələri xahiş olunur. Sərnişinlər İstanbul – Bakı marşrutu üzrə ən yaxın reysə qeydiyyata alınacaqlar.

Sözügedən reyslərin sərnişinləri yenilənmiş məlumatları aviaşirkətin çağrı mərkəzində, AZAL-ın İstanbul nümayəndəliyində və ya KİV vasitəsilə əldə edə bilərlər.

Son xəbərlər
Digər xəbərlər