2 C
Baku
Saturday, December 14, 2024

AZAL-ın gəlirləri kəskin artdı, ili 111 milyon manat xalis mənfəətlə bitirdi

Azərbaycan Hava Yolları (AZAL) 2022-ci ili 110.6 milyon manat həcmində xalis mənfəət əldə etməklə, öncəki illərdəki ardıcıl zərərli dövrü geridə qoyub.

Banker.az xəbər verir ki, bu barədə AZAL-ın illik audit hesabatında deyilir. Hesabatı qurumun hazırkı prezidenti Samir Rzayev imzalayıb.

Hesabata görə, AZAL-ın daşınmadan gəlirləri 2022-ci ildə 1 milyard 149.95 milyon manat təşkil edib. Bu 2021-ci ildəki 491.75 milyon manatlıq gəliri 658.2 milyon manat və ya 134 faiz (2.3 dəfə) üstələməsi deməkdir.

Bununla belə, dövlət büdcəsindən aviaşirkətə ödənilən subsidiyanın həcmi 98.91 milyon manatdan 108.81 milyon manata çatdırılıb.

Dövlət şirkətinin öncəki illərdəki ardıcıl zərərlər sonrası kapital balansında defisit hələ ki, qalmaqdadır. Kapitalında 1 milyard 767.5 milyon manat yığılmış zərər var. Bu da cəmi kapitalı -772.27 milyon manatda saxlayır.

342345666765

 

Son xəbərlər
Digər xəbərlər