25 C
Baku
Friday, April 19, 2024

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib

®Azərbaycanın milli aviadaşıyıcısının kollektivi Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib. Bu il faciənin 32-ci ildönümüdür.

AZAL-ın əməkdaşları “Ana harayı” abidəsinin önünə gül dəstələri düzüb, soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad ediblər.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 487 nəfər yaralanıb. 1275 nəfər girov götürülüb, 150 nəfər itkin düşüb.

IMG 6918

Son xəbərlər
Digər xəbərlər