22 C
Baku
Friday, April 19, 2024

AZAL qış endirimlərinə start verib

AZAL-dan “Qış aksiyası” çərçivəsində yeni endirimli aviabiletlər təqdim edir.

Banker.az xəbər verir ki, aviabiletlərin 16 yanvar 2020-ci il tarixindən öncə alındığı təqdirdə ekonom-sinif üzrə qiymətlər aşağıdakı kimi olacaq:

Bakı-Antalya-Bakı – 169 avro

Bakı-İstanbul-Bakı – 179 avro

Bakı-Ankara-Bakı – 189 avro

Bakı-Almatı-Bakı – 189 avro

Bakı-Tel-Əviv-Bakı – 229 avro

Bakı-Berlin-Bakı – 269 avro

Bakı-Paris-Bakı – 299 avro

Bakı-Milan-Bakı – 289 avro

Bakı-London-Bakı – 389 avro

Qiymətlər bütün vergi və yığımlar nəzərə alınmaqla göstərilib. Aviabiletlərin dəyərinə 23 kq-dək baqajın, həmçinin 10 kq-dək əl yükünün (55×23 sm-dək ölçüdə) daşınması daxildir. Endirimli qiymətlərlə təqdim edilən aviabiletlərin sayı məhduddur. Uçuşlar 2020-ci il 15 yanvar – 29 fevral tarixləri aralığında həyata keçiriləcək.

Qeyd edək ki, aviabiletləri onlayn qaydada www.triponline.az saytından əldə etmək mümkündür.

Son xəbərlər
Digər xəbərlər