“Təyyarə yerli vaxtla saat 19:45-də Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurlu eniş edib. Uçuş zamanı sərnişinlərdən heç biri xəsarət almayıb.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti bildirir.
“Aviaşirkət yaranmış narahatlığa görə sözügedən reysin sərnişinlərinə öz üzrxahlığını bildirir.
Qeyd edək ki, uçuş zamanı turbulentlik normal haldır və hava gəmiləri üçün təhlükə törətmir. Belə təbii hadisə zamanı ciddi xəsarət almamaq üçün AZAL aviaşirkəti sərnişinlərə uçuş boyu kəmərləri bağlı saxlamağı, təşvişə düşməməyi və ekipajın tələblərinə əməl etməyi tövsiyə edir”.