9 C
Baku
Friday, December 13, 2024

“AZAL”da yeniliklər olacaq – yeni struktur yaradılır

“Azərbaycan Hava Yolları” (AZAL) və “Azərbaycan Dəmir Yolları” ciddi yeniliklərə başlamağa hazırlaşır.

Bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.

O, bildirib ki, 2022-ci il hər iki şirkətin həyatında vacib il olacaq. Onun sözlərinə görə, artıq bu şirkətlərdəki dəyişikliklər üçün yeni strukturlar yaradılır.

Bu şirkətlərdə tranformasiya ofislərinin yaradılması planlaşdırılır, onlar artıq yanvar ayından yaradılacaq.

Nazir açıqlayıb ki, artıq hər iki şirkətdə – həm AZAL, həm də Dəmir Yollarında dəyişikliklər planı hazırlanıb.Xarici məsləhətçi şirkətlər dəvət edilərək onların növbəti illər, növbəti 5 il üçün inkişaf strategiyaları hazırlanıb.

 

 

Son xəbərlər
Digər xəbərlər