23 C
Baku
Monday, July 15, 2024

“AZAL”ın rəhbər heyətinin əməkhaqqısına çəkilən xərc 54% artaraq 441 min manat olub

“AZAL”ın rəhbər heyətinin əməkhaqqı 31 dekabr 2022-ci il tarixində başa çatan il üçün işçilərin qısa müddətli mükafatları formasında 441 000 AZN təşkil edib.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

31 dekabr 2021-ci il tarixində isə bu göstərici 286 000 AZN olub ki, bu da illik müqayisədə 54% artım deməkdir.

Onu da qeyd edək ki, Azərbaycan Hava Yolları (AZAL) 2022-ci ili 110.6 milyon manat həcmində xalis mənfəət əldə etməklə, öncəki illərdəki ardıcıl zərərli dövrü geridə qoyub.

Son xəbərlər
Digər xəbərlər