Bakının Qala və Bilgəh qəsəbələrində badam bağları salan “Azbadam” MMC-nin nizamnamə kapitalı yenidən artırılıb.
Bu barədə Banker.az-a daxil olan məlumatda qeyd edilir.
Məlumata görə, çərəz istehsalçısının nizamnamə kapitalının həcmi 10 000 manat artırılıb.
Bununla da nizamnamə kapitalı 25 710 005 manat olmuşdur.
Qeyd edək ki, şirkət 2016-cı ildə yaradılıb. “Azbadam” şirkəti tərəfindən “Qala və Bilgəh Badam Bağları” layihəsinə 2017-ci ilin fevral ayında start verilmişdir. Bakının Qala və Bilgəh qəsəbələrində müvafiq olaraq 268 ha və 212 ha ərazidə intensiv badam bağları salıb. 300 000-dən çox əkilmiş badam tingləri Quarra, Avijor, Belona və Soleta sortlarıdır.